Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi
Bakı şəhəri, Xətai rayonu, Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 1E sinifinin rəhbəri Zülfiyyə İbrahimovanın iştirakçılığı ilə tariximizin qəhrəmanlıq səhifəsi olan və yaddaşlara əbədi həkk olan Xocalı faciəsinə anım günü keçirilib. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi. Şagirdlərimizə bu dəhşətli faciəni anlatdıq. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Uşaqlar Xocalı ilə bağlı çəkdikləri şəkilləri nümayiş etdirdilər. Onlar bu faciəni yaşamamış, görməmiş olsalar, belə ermənilətə qarşı nifrət hər hallarından görünürdü