Məktəbin komandası birinci oldu
24 fevral 2022-ci il tarixində Bakı Şəhəri Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə Bakı Şəhəri məktəbləri arasında Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş "Mahir nişançı" adlı güllə atıcılığı yarışı keçirildi. Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin komandası Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş "Mahir nişançı" güllə atıcılığı yarışının qalibi olmuşdur. Nizamı rayonu 220 nömrəli məktəb - liseyin komandası ikinci yer, Qaradağ rayonu 233 nömrəli tam orta məktəbin komandası isə üçüncü yer tutmuşdur. Məktəbin 10c sinif şagirdi Rəvan İsmayılov 3 güllənin hər birindən 10 xal yığdığına görə Bakı Şəhəri Gənclər və İdman İdarəsi tərəfindən xüsusi diplomla təltif edilmişdir. Yarışın təşkilatçılığına görə Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəb isə Bakı Şəhəri Gənclər və İdman İdarəsi tərəfindən təşəkkürnamə ilə təltif edildi. Bu münasibətlə məktəbin komandasını kollektivini səmimi qəlbdən təbrik edir və onlara gələcək işlərində uğurlar arzulayırıq.