Xocalı soyqırımının 30 -cu ildünümünə həsr olunmuş dəyirimi masa təşkil olundu
24 fevral 2022-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının 30 -cu ildünümünə həsr olunmuş dəyirimi masa təşkil olundu. Dəyirimi masa Azərbaycan Respublikasının Dövlət Himinin oxunması ilə başladı. Xocalı soyqrımı zamanı şəhid olan soydaşlarımının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dəyirimi masada şagirdlər Xocalı soyqırımı zamanı baş vermiş ermıni vəhşikliləri barədə ətraflı müəlumat verdilər, fikir mübadiləsi apardılar. Dəryirimi masada məktəbin direktoru Zemfira Məsiyeva, təlim - tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova, tərbiyə işləri üzrə direktor müavini Kənan İsmayılov, məktəbin psixoloqu Günah Aslanova, Azərbaycan dili və ədəbiyyat müəllimi Mahirə Nəsirova iştirak edirdilər. Məktəbin direktoru Zemfira Məsiyeva şagirdləri Xocalı soyqırımını zamanı dinc əhaliyə tutulan zülmdən danışdı, Xocalı soyqırımı ununtmamağa cağırdı. Digər çıxış edənlər Xocalı soyqırımı haqqında fikirlərini bildirdilər.