SMA-lı uşaqların valideynləri ilə birgə onlayn iclas təşkil olundu

Bakı şəhəri Xətai rayonu Z. Məmmədov adına 171 nömrəli tam orta məktəbin "Narahat ürəklər" təşkilatının üzvləri, məktəb rəhbərliyi, müəllimlər və SMA-lı uşaqların valideynləri ilə birgə onlayn  iclas təşkil olundu. 

Məktəb direktoru Zemfira Məsiyeva bildirdi ki,  171 nömrəli tam orta məktəbin şagirdləri zərərli vərdişlərə qarşı güclərini birləşdiriblər, indi isə SMA-lı uşaqlara mənəvi yardım məqsədilə yuruq oldular. Maarifləndirmə işini düzgün aparmalıyıq. Mən ümidlə yaşayıram ki, bir gün körpə balalarımız da məktəbə gedəcəklər, qaçıb oynayacaqlar.

Azərbaycan dili və ədəbiyyat müəllimi Mahirə Nəsirova SMA-lı uşaqlarla bağlı şagirdlərimizin etdikləri və etmək istədikləri barədə məlumat verdi.

Məktəbimizin riyaziyyat müəllimi Sevinc Həsənova böyük mənəvi dəstəyə görə öz təşəkkürünü bildirdi və qeyd etdi ki, sizlərin sayəsində  böyük kütlələrə səsimizi eşitdirə biləcəyik!

Bu layihə əslində  mənəvi dəstəklə yanaşı gələcəkdə ailə quracaq nəsillərə, erkən nigahlara bir mesajdır. 

Sizlər tək deyilsiniz!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi