IX siniflərdə monitorinq keçirildi
15 fevral 2022-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə IX siniflərdə buraxılış imtahanlarına hazırlıq səviyyəsini yoxlamaq üçün monitorinq keçirildi. Monitorinq Azərbaycan və Rus bölmələrinin şagirdləri üçün keçirildi. Monitorinq 3 fənndən-Təlim dili, riyaziyyat və ingilis dili fənnlərindən idi. Monitorinq tapşırıqları Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən məktəblərə təqdim edilmişdir. 2 variantda təqdim edilən tapşırıqlar şagirdlər tərəfindən müəyyən edilmiş vaxt ərzində yerinə yetirildi. Nəticələr qısa müddət ərzində yoxlanılacaq.