"Duyğularımızın rəsmini çəkək!" adlı psixoloji iş
Bakı şəhəri Xətai rayonu Z. Məmmədov adına 171 N-li tam orta məktəbin 3c sinif şagirdləri ilə psixoloji iş təşkil olundu. " Duyğularımızın rəsmini çəkək!" adlı psixoloji iş zamanı sinif şagirdləri çox gözəl rəsmlər çəkdilər və isti rənglərdən istifadə etdilər. Şagirdlərə qürur, mərhəmət, həyəcan, xoşbəxtlik, kədər kimi duyğuların rəsminin çəkilməsi təlimatı verildi. Qürur duyğusunun rəsmini şagirdlərimiz bayraq, əsgər şəkli kimi, sevgi duyğusunu rəsmini ana ilə qızın qucaqlaşması, ürək, təbiət mənzərəsi kimi, həyəcan duyğusunun rəsmini təbiət hadisələri, sıxılmış əl rəsmi kimi əks etdirdilər. Şagirdlərin öz duyğularını belə gözəl ifadə etmələri gələcəyin çox yaxşı olacağından xəbər verir.