“20 Yanvar-qəhrəmanlıq-milli qürur dastanı” adlı öyrədici və müzakirə xarakterli “Açıq dərs” keçirildi      

19 yanvar 2022-ci il tarixində Bakı şəhəri Xətai rayonu  Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə “20 Yanvar-qəhrəmanlıq-milli qürur dastanı” adlı öyrədici və müzakirə xarakterli “Açıq dərs” keçirildi. 8a və 6c sinfinin şagirdləri ilə təşkil olunmuş dərsdə Bakı Şəhəri üzrə Təhsil İdarəsnin Əməkdaşı Şəhanə Bağırova, məktəbin direktoru  Zemfira Məsiyeva, təlim - tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova, tərbiyə işləri üzrə direktor müavini Kənan İsmayılov, fənn müəllimləri və şagirdlər iştirak edirdi.

Tarix və ədəbiyyat fənninin inteqrasiyasından təşkil olunmuş dərs Azərbaycan Respublikasının Dövlət Himninin oxunamsı ilə başladı. Məktəbin tarix müəllimi Ülvi Quliyev və Azərbaycan dili və ədəbiyyat müəllimi Vəfa Nəzərova fənnlərarası əlaqəni qurmaqla şagirdlərə 20 Yanvar hadisələri haqqında məlumat verdilər.

20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi. 1990-cı il yanvarın 19-dan 20-nə ke­çən gecə Bakıda sovet ordusu tərə­fin­dən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi.  Bu qanlı ha­di­sənin törədilməsində əsas məqsədlər­dən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliy­yət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək  idi. Sovet imperiyası  günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi. 

Dərsdə 20 Yanvar hadisələri ilə bağlı video-çarxlar nümayiş etdirildi,şagirdlərin ifasında şeirlər dinlənildi,səhnəciklər göstərildi.

8a sinif şagirdi İnci Zəfər Gününə həsr etdiyi  şeirini səsləndirdi. Eyni zamanda qanlı yanvar  hadisələri  şagirdlərlə  müzakirə edildi.

Dərsin sonunda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun məsləhətçisi Şahanə Bağırova və məktəbin direktoru Zemfira Məsiyeva 20 Yanvar hadisələri haqqında öz fikirlərini bildirərək dərsi dəyərləndirdi. İştirak edənlərə öz təşəkkürlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi