"Qan Yaddaşımız" adlı inşa müsabiqəsi təşkil olundu
Bakı şəhəri Xətai rayonu ZaurMəmmədov adına 171 nömrəli tam orta məktəbin 5-11-ci sinif şagirdləri arasında 20 Yanvar faciəsinin anım günü ilə əlaqədar "Qan Yaddaşımız" adlı inşa müsabiqəsi təşkil olundu. Şagirdlərimiz 20 Yanvar hadisələrini Azərbaycan tarixinə yazılmış faciə və qəhrəmanlıq səhifəsi kimi gördüklərini qeyd etdilər. Xalqımızın istiqlaliyyət arzusu, eləcə də Vətən məhəbbəti onlarda tankların qarşısına əliyalın çıxmaq cəsarətini, gücünü formalaşdırılmışdır.
İllər, əsrlər keçir, dövran dəyişir, lakin bu qanlı tarix heç vaxt unudulmur, yaddan çıxmır, nəsildən-nəslə ötürülür. Məhz bunu bizim xalq Qan Yaddaşı adlandırır.