20 Yanvar faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi
Bakı şəhəri, Xətai rayonu, Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 1E sinifinin rəhbəri Zülfiyyə İbrahimovanın iştirakçılığı ilə tariximizin qəhrəmanlıq səhifəsi olan və yaddaşlara əbədi həkk olan 20 Yanvar faciəsinə anım günü keçirilib. Azərbaycan xalqı 1990-cı ilin Qanlı yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O gecə Azərbaycan xalqı sınağa çəkildi. Həm xalqın öz içində yetişdirdiyi qəhrəmanlar üzə çıxdı, həm də ona başçılıq edənlərin kimliyi bəlli oldu. Hər il olduğu kimi bu ildə sinif kollektivimizlə birgə bir dəqiqəlik sükutla şəhidlərimizi andıq. Şagirdlərimizin hər biri əlindəki qərəfilləri stolun üstündəki şamın yanına qoyub, 20 Yanvar xatirəsinə həsr olunaraq hazırlanmış portretlərə baxaraq sanki gözləri ilə dərin bir yol qət edirdilər. Onlar bu faciəni görməsələr belə, yaşamasalar belə faciənin nə qədər ağır olduqlarını duyur və hiss edirdilər. Allah bütün şəhidlərimizə rəhmət etsin.