"Qərənfildən Xarıbülbülə gedən yol" adlı tədbir keçirildi
18 Yanvar 2022-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə 20 Yanvar faicəsinin 32 -ci ildönümünə həsr olunmuş "Qərənfildən Xarıbülbülə gedən yol" adlı tədbir keçirildi. Tədbirdə Xətai rayon İcra Hakimiyyətnin şöbə müdiri Pənah İmanov, Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatnın sədri Vüqar Rəhimzadə, məktəbin direktoru Zemfia Məsiyeva, təlim tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova, tərbiyə işləri üzrə direktor müavini Kənan İsmayılov, şagirdlər və müəllimlər iştirak edirdilər. Tədbirdə şagirdlər şeirlər söylədilər, əbədi – bədii kompazisiya nümayiş etdirdilər. 20 Yanvar faciəsi haqqında məlumat verdilər. Vətən müharibəsində əldə olunmuş Zəfərdən danışdılar. 20 Yanvar faciəsinə həsr olunmuş videomarx nümayiş etdirildi. Vətən uğurunda qurban gedən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Vüqar Rəhimzadə, Pənah İmanov, Zemfira Məsiyeva çıxış edərək belə tədbirlərin keçirilməsi şagirdlərdə vətənpərvəlik ruhunun daha da yüksəldilməsinə səbəb olduqlarını bildirdilər. Çıxış edənlər tədbirin təşkilatçıları olan müəllimlərə Aygün Səlimliyə, Vəfa Nəzərovaya və məktəbin psixoloqu Günay Aslanovaya və iştirakçı şagirdlərə təşəkkürlərini bildirdilər. Tədbirin sonunda iştirakçılar və qonaqlar xatirə şəkili çəkdirdilər.