Ədalətli ol!
Bakı şəhəri Xətai rayonu Z. Məmmədov adına 171 nömrəli tam orta məktəbin psixoloqu Günay Aslanovanın 4a sinif şagirdləri ilə işi : "Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant müsabiqəsinin qalib layihələrindən olan "Zənginliyim daxilimdədir" layihəsinin həftəlik işinə əsasən şagirdlərlə ədalətli ol, cəsarətli ol, seyr etmə, mane ol kimi böyük duyğular ətrafında söhbət aparıldı. Bu zaman şagirdlər nə zaman ədalətsizlik olar, sakit olan zaman nə yaşanılar, hansı duyğular basdırılar, nə üçün ədalətsizliyi seyr etmək olmaz, necə mane ola bilərsiniz kimi suallara cavab axtardılar. Hətta şagirdlər bu duyğuları rollu oyunlar üzərində də tətbiq etdilər.