Şagirdlər bayram münasibətilə müxtəlif mövzularda səhnəciklər hazırladılar

Bakı şəhəri Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 5e sinif şagirdləri 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il  münasibətilə müxtəlif səhnəciklər hazırladılar. Səhnəciklərdə vətənpərvər mövzular, mənfi xarakterləri müsbət xarakterlərlə əvəz etmək, pisi yaxşıya çevirmək kimi mövzular, Dünya Azərbaycanlılarının Həmrəyliyini əks etdirən səhnəciklər göstərildi.

Məqsəd istənilən an həmrəy ola biləcəyimizin fərqinə varmaq, qrup işlərində şagirdlərimizin necə bacarıqlı olduğunu ortaya qoymaq idi.

Biz məktəb olaraq onların müsbət yönlərini ortaya çıxarmağa çalışırıq. Şagirdlərimizə bu yolda daima dəstək olmağa hazırıq.

Tədbirdə tərbiyə işləri üzrə direktor müavini Kənan İsmayılov, məktəbin psixoloqu Günay Aslanova, 5e sinif rəhbəri İradə Novruzova, Rus dili və ədəbiyyat müəllimi Mehparə Rəhimova iştirak edirdilər.

DÜNYA AZƏRBAYCANLILARI HƏMRƏYLİK GÜNÜNÜZ MÜBARƏK!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi