Yol hərəkəti qaydalarına həsr olunmuş dərs keçirildi

4 a sinfində yol hərəkəti qaydalarına aid dərs təşkil olundu. Sinif rəhbəri Ulduz Nəcəfova dərsə yol hərəkəti qaydalarına aid slayd nümayiş etdirməklə başladı. Daha sonra şagirdlər yol hərəkəti nişanlarının mənaları haqqında məlumat verdilər. Onların hər biri yolda davranış və hərəkət qaydaları ilə bağlı bir-birindən maraqlı şeir və cümlələr söylədilər. Şagirdlər kiçik səhnəcik təşkil etdilər. Bu səhnəcikdə polis rolunu Dövlət Kazımov, velosiped sürən 14 yaşından kiçik uşaq rolunu Həsən Mahmudzadə və  velosiped sürmək ilə bağlı yol hərəkəti qaydasını Aydan Nəcəfli ifa edirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi