Şagirdimizin qalibiyyəti

Bakı şəhəri, Xətai rayonu, Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 5c sinif şagirdi Əhmədzadə Ayxan Fuad oğlunun 5 yaşından idmana həvəsinin olduğunu görən ailəsi həmin illərdən onu müxtəlif idman sahələrinə yönəldir. Əvvəlcə üzgüçülük, gimnastika və güləş ilə cəmi 2 il məşğul olan Ayxan, 7 yaşından Kanokan TT klubunda peşəkar cüdo ilə məşğul olmaq üçün məşqlərə başlayır. Artıq 4 ay müddətində müəllimləri onu yarışlara qatılmağa uyğun görür və beləcə davamlı uğurlarla medallar, dərəcələr almağa başlayır. Əlbəttə ailədə olan muxtəlif yaxınların yüksək vəzifəli polis, kəşfiyyatçı, FHN işcilərinin təbliğatı da az rol oynamır. Hər yarışda "mən Mübariz İbrahimov kimi güclü olacam" deyə uğur və motivasiya ilə hazırlaşıb qələbə qazanır. Son olaraq, 3 il ərzində pandemiya səbəbindən idman məşqlərinin keçirilməsinin uyğun olmamağına baxmayaraq onda bu həvəs ölmür və ailəsinin verdiyi məlumata görə evdə "mən güclü əsgər olacam, yorulmayacam" düşüncəsi ilə öz-özü ilə fərdi məşqlərə davam edir. Ölkəmizdə covid-19 əleyhinə aparılan düzgün siyasət nəticəsində idman məşqlərinə və yarışlara icazə verildiyi andan müəllimləri Ayxanın Beynəlxalq yarışa hazır olduğunun fərqini hiss edir. Müəllimlərinin seçimindən sonra ailəsinin təşkilatçılığı və dəstəyi ilə Beynəlxalq yarış üçün Türkiyəyə yola düşür. 10 yaşlı bir uşağın ilk dəfə uzaq məsafə, xarici ölkəyə yola düşməsi, 10 gün müddət ilə ailəsindən uzaq qalarsa, ciddi məşqlərlə bərabər psixoloji halını təsəvvür etmək çətin deyil. Bunun uşaq üçün çətin və məsuliyyətli olacağını təxmin edib, ailəsi onu yarışdan öncə psixoloq ilə məşğələ-söhbət keçməyə yönləndirir. Soyuq hava şəraiti, iqlim dəyişikliyi ilə əlaqədar olaraq xəstələnməyinə baxmayaraq Türkiyənin İzmit şəhərində keçirilən Beynəlxalq yarışda müxtəlif ölkələrdən olan güclü rəqibləri ilə fərq yaradaraq öz çəkisində gümüş medal qazanmağı bacarır.

Azərbaycan torpağı övladlarını adı misalı POLADlar yetişdirməyə davam edir, qələbəni isə şəhidlərimizin ruhuna ithaf edirik. Uşaqlarımızın qəlbində "biz 1 ölər, 1000 dirilərik" şüarı ilə böyüməsi göz önündədir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi