IX siniflərdə monitorinq keçirildi
10 dekabr 2021-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə, məktəb rəhbərliyinin nəzarəti altında IX siniflərdə buraxılış imtahnalarına hazırlıq səviyyəsini müəyyən etmək üçün Ana dili, riyaziyyat və ingilis dili fənnlərindən monitorinq keçirildi. Monitoriqdə təqdim edilən tapşırıqlar Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfidən məktəbə göndərilmişdir. Şagirdlər onlara verilmiş tapşırılqarı müəyyən edilmiş vaxt ərzində cavablandırdılar. Cavalar yoxlanıldı, müəyyən edilmiş formaya daxil edildi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə göndəriləcək. Nəticələr fənn metodbirləşmə iclaslarında və pedaqoji şura iclasında müzakirə olunacaq, təhlil ediləcək müvafiq qərarlar qəbul ediləcək.