XI siniflərdə monitorinq keçirildi
6 dekabr 2021-ciil tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə XI sinif şagirdləri üçün keçirilən dərslərin keyfiyyətini müəyyən etmək, şagirdlərin buraxılış imtahanlarına və ali məktəblərə qəbul imtahanlarına hazırlıq səviyyəsini yoxlamaq və buna uyğun müvafiq tədbirlərin həyata keçirilməsi üçün məktəb rəhbərliyi tərəfindən monitorinq keçirildi. Monitorinqdə şagirdlər onlara təqdim olunmuş tapşırlqarı müəyyən edilmiş vaxt ərzində yazmaları tələb olundu. Tapşırlqlar fənn müəllimləri tərəfindən təlimata uyğun hazırlanmışdı. Monitorinqin nəticələri metodbirləşmə iclasına müzakirə olunacaq, təhlil ediləcək və müvafiq qərarlar qəbul ediləcək. Monitorinqin bütün fənnlər üzrə keçirilməsi nəzərdə tutulur. Ümumi nəticələr məktəbin növbəti pedaqoji şura iclasında təhlil ediləcək, müzakirə olunacaq, müvafiq qərarlar qəbul ediləcək.