BİZ HEYDƏR ƏLİYEV İRSİNİ ÖYRƏNİRİK
10 fevral 2015-ci il tarixində Xətai rayonu Yeni Azərbaycan Partiyasının binasında ”BİZ HEYDƏR ƏLİYEV İRSİNİ ÖYRƏNİRİK” HEYDƏR ƏLİYEV və Azərbaycan Respublikasında sosial siyasət mövzusunda açıq dərs keçirilmişdir. Açıq dərsdə YAP-ın, BŞTİ-nin, XRİH-nin məsul şəxsləri, metodistlər, məktəb direktorları, müəllimlər, 24, 29, 48, 55, 165 saylı məktəblərin şagirdləri iştirak edirdilər. Dərsi Xətai rayonu Z. Məmmədov adına 171 saylı tam orta məktəbin tarix müəllimi, 2007-2008-ci tədris ilində “İLİN ƏN YAXŞI MÜƏLLİMİ” müsabiqəsinin qalibi, dərslik müəllifi Həcər Kəmaləddin qızı Əlişova aparırdı. Gələn qonaqların hər birinə və şagirdlərə üzərində Heydər Əliyevin şəkli və “BİZ HEYDƏR ƏLİYEV İRSİNİ ÖYRƏNİRİK” sözləri əks olunmuş yaxa kartları paylanmışdır. Dərs yüksək səviyyədə müzakirə, sual-cavab əsasında yekunlaşdı.