Fiziki və psixoloji zədələr
Bakı şəhəri Xətai rayonu Z. Məmmədov adına 171 N-li məktəbdə "Məişət və ailə zorakılığı" başlığı altında kiçik müzakirə aparıldı. Müzakirənin sonunda 6a sinif şagirdlərinin hazırladıqları səhnəcik sərgiləndi. Burada qadına şiddət, uşaqlara yönələn zorakılıq, psixoloji travmalar öz əksini tapdı. Şagirdlər psixoloq tərəfindən psixoloji zərbənin insan həyatında fiziki zərbədən daha ağır nəticələr verə biləcəyi haqqında məlumatlandırıldı. Belə hallara məruz qalmamaları üçün gələcəkdə necə addım atmaları, oxumağın vacib olmaları barəsində qarşılıqlı danışıqlar keçirildi.