"İlk tibbi yardım necə olmalıdır" adı başlığı altında söhbət təşkil olundu
Bakı şəhəri Xətai rayonu Z. Məmmədov adına 171 N-li tam orta məktəbin tibb bacısının təşkilatçılığı ilə məktəb şagirdləri ilə birgə "İlk tibbi yardım necə olmalıdır" adı başlığı altında söhbət təşkil olundu. Söhbət zamanı şagirdlərimizə ani baş verə biləcək hallar qarşısında soyuqqanlı olmaq, ilk addımı necə atmaq haqqında geniş məlumat verildi. Burun qanaması, baş gicəllənməsi və s. bu kimi hallarla qarşılaşdıqları vəziyyətlərdə sakit olmalı, əllərində olan vəsaitləri düzgün dəyərləndirməli və tez məlumat vermələri haqqında söhbət davam etdirildi.