Azərbaycan tarixi və təsviri incəsənət fənnlərindən "Zəfər tarixi" mövzusunda "Açıq dərs" keçirildi
Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin tarix müəllimi Abdullayeva Rüfanə Hüseyn qızı və təsviri incəsənət müəllimi Cəbrayılova Məlahət 04.11.2021 tarixində Azərbaycan tarixi fənnindən “Zəfər Tarixi” mövzusunda ”Açıq dərs” keçdilər
4 noyabr 2021 tarixdə Zaur Məmmədov adına 171 saylı tam orta məktəbin 5c sinfində ZƏFƏR GÜNÜ ilə bağlı açıq dərs hazırlanmışdır. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səslənmiş, daha sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Dərsə başlamazdan əvvəl I Qarabağ müharibəsinə aid video təqdimat nümayiş edilmişdir. Daha sonra II Qarabağ müharibəsi – Vətən Müharibəsi haqqında hazırlanmış video təqdimat göstərilib.
Şagirdlər 5 qrupa bölünmüş və dərs zamanı qruplarla iş təskil edilmisşdir.
Hər qrupda Zəfər tariximizlə əlaqəli şeirlər söylənilmiş, şagidlərin hazırladığı məlumatlar dinlənilmişdir.
Açıq dərs prosesində şagirdlər illüstrativ materiallarla, videomateraillarla zənginləşdirilmiş dərsin tapşırıqlarını sərbəst, interaktiv formada işləmişlər. Şagirdlər 44 günlük müharibəsi zamanı işğaldan azad edilmiş torpaqlarımız haqqında çıxışlar etmişlər. Dərsin sonunda hər bir qrupun hazırladığı və rənglədiyi rəsmlər qrup rəhbərləri tərəfindən təqdim edildi.