"Ən çox sevdiyin heyvan və onun ən çox sevdiyin özəlliyi" mövzusunda söhbət aparıldı
Xətai rayonu Zaur Məmmədov adına 171 N-li tam orta məktəbin psixoloqu tərəfindən 8d sinif şagirdləri ilə psixoloji söhbət aparıldı. Söhbət əsasən şagird davranışı və şəxsiytin inkişafına təsir edən faktorlar haqqında danışıldıqdan sonra "Ən çox sevdiyin heyvan və onun ən çox sevdiyin özəlliyi" mövzusunda söhbət aparıldı. Bu söhbətin önəmli tərəfi şagirdlərin heyvanlarda sevdikləri xüsusiyyətlərin onların öz xarakterik xüsusiyyətləri ilə əlaqəsi və bağlılığını aşkarlamaq və bu haqda müzakirə aparmaqdır.