Şəhid anası və bacısı "Açıq dərs"də iştirak etdi

27 oktyabr 2021-ci il tairxində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin tarix müəllimi Məcidova Təranə və riyaziyyat müəllimi Sevinc Yaqubova 5Ç sinfində Zəfər günü ilə əlaqədar olaraq “Açıq dərs” keçirdilər. Ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarını tanıtdırmaq məqsədilə - “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı tədbirlər silsiləsindən Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan əsgər Cavid Hüseynov xatirəsinə həsr olunmuş tədbir keçirmişik.

Tədbirdə məktəbin direktoru Zemfira Məsiyeva, şəhidin anası Sevinc xanım və digər müəllimlər iştirak etmişlər.

44 gün  çəkən Vətən müharibəsi əslində müasir dövr üçün qısa müddət deyil. Fəqət, müharibədə qələbə döyüş meydanında tökülən qanlar hesabına qazanılır. Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarə” ifadəsi şüara çevrilib ordumuzu hər gün zəfərdən-zəfərə aparırdı. O taleyüklü günlərdə hər birimiz həmin ifadənin yaratdığı əhval-ruhiyyənin cazibəsinə düşüb qələbəmizə tam əmin olurduq. 5Ç sinifin şagirdi Gülər Hüseynovanın qardaşı Cavid Hüseynov Vətən müharibəsinin ilk günlərdən döyüşə qatılıb  şəhidlik zirvəsinə ucaldı.Xalqımız tərəfindən şəhidlərin xatirələri daim əziz tutulacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi