“Qarabağ Azərbaycandır!” mövzusunda "Açıq dərs" keçirildi

Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu real faktordur ki, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi uğurlu zəfərlərdə sərkərdənin də çox böyük rolu olur. Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü. “Qarabağ Azərbaycandır!” reallığı 44 gündə mümkünsüzü mümkün etdi.

Xətai rayonu Zaur Məmmədov adına 171 saylı tam orta məktəbin tarix müəllimi Məcidova Təranə 5D sinifində Zəfər gününə həsr olunmuş “Açıq dərs” keçirdi.
Şagirdlər "Açıq dərsdə" təqdimatlar, videoçarxlar hazırlayıb, şeir söylədilər. Şagirdlər arasında ruh yüksəkliyinin, Vətənə məhəbbət hissinin nə qədər güclü olduğunu aşkar görmək olurdu.

Ulu öndər Heydər Əliyev vətənpərvərlik hisslərini yüksək qiymətləndirərək demişdir: “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi