Vətən Müharibəsinə həsr olunmuş “Zəfər Yolu” şüarı altında “Açıq dərs” keçirildi
27 sentyabr 2020-ci il Azərbaycan ordusunun komandanlığı düşmənin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar vermişdir. Beləliklə, qarşıdurmalar II Qarabağ müharibəsinə çevrilmişdir.
44 gün davam edən müharibə rəşadətli ordumuzun qələbəsi ilə nəticələndi.
Azərbaycan xalqı öz liderinin – Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək iftixarla, qürurla bütün dünyaya öz gücünü, mübarizliyini, əyilməzliyini nümayiş etdirdi. Şanlı ordumuz 44 günə mümkünsüzü mümkünə çevirdi. Xalqın içində illərlə saxladığı həsrət gerçəkləşməyə başladı.
Bəli, Qarabağa qovuşduğumuz tarixi gün 8 Noyabr – Zəfər Günü kimi qeyd olunması haqqında qərar qəbul edildi.
Xətai rayonu Zaur Məmmədov adına 171 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Alidə Əliyeva tədris etdiyi 5 a sinfində Zəfər Gününə həsr olunmuş “Açıq dərs” keçirdi. Şagirdlər Zəfər yoluna nəzər salaraq bu tarixi günlə bağlı şeirlər söylədilər, təqdimatlar, videoçarxlar, səhnəciklər nümayiş etdirdilər, “Qarabağ Azərbaycandır” şüarını qürurla səsləndirdilər.
“Açıq dərs”də məktəbin direktoru Zemfira Məsiyeva, tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova və tərbiyə işləri üzrə direktor müavini Kənan İsmayılov iştirak etdi.