“Qarabağ müharibəsinin 44 anı” başlığı altında “Açıq dərs” keçirildi

13 oktyabr 2021-ci il tarixində 7C sinfinin ingilis dili dərsində Yeganə Səlimova və Leyla Hüseynovanın təşkilatçılığı ilə “Qarabağ müharibəsinin 44 anı” başlığı altında torpaqlarımız uğrunda mübarizənin əks olunduğu dərs keçirilmişdir. Şagirdlərə geri qaytarılan torpaqlarımız haqqında məlumat verildi və bu barədə videoçarx izlədildi. Şagirdlərdən Nərgiz, Amil və Əsmər şəhidlərimizin müharibə zamanı göstərdiyi şücaət haqqında ingilis dilində fikirlərini bildirdilər. Dərsdə məktəbin direktoru Zemfira xanım Məsiyeva da iştirak etmiş və öz fikirlərini şagirdlərlə bölüşmüşdür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi