"Narkomaniyaya, pis vərdişlərə və zorakılığa yox!" adlı tədbir keçirildi

15 oktyabr 2021-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə Bakı Şəhəri Baş Polis İdarəsinin, Xətai Rayon Polis İdarəsinin əməkdaşları ilə görüş keçirildi. Görüş "Narkomaniyaya, pis vərdişlərə və zorakılığa yox!" mövzusuna həsr olunmuşdu.

Tədbirdən əvvəl qonaqlar məktəbin adını daşıyan. I Qarabağ müharibəsində şəhid olmuş Zaur Məmmədovun abidəsi önünə tər qərənfillər düzdülər. Məktəbdə yaradılmış "ZƏFƏR GUŞƏSİ" ilə tanış oldurlar. Şagirdlərin hazırladıqları divar qəzetləri, çəkdikləri rəsmlərə baxış keçirdilər. Tədbirdə ilk olaraq giriş sözü ilə məktəbin direktoru Zemfira Məsiyeva çıxış etdi. Tədbir Azərbaycan Respublikasının Himni ilə başladı. Məktəbin şagirdlərinin hazırladıqları videolar nümayiş etdirildi. Şagirdlərin həmin mövzularda hazırladıqları səhnəciklərdən çəkilmiş videoçarxlar təqdim edildi. Sonra narkomaniyanın və zorakılğın cəmiyyətdə yaratığı fəsadlara həsr olunmuş video nümayiş etdirldi. Tədbir polis əməkdaşlarının çıxışları ilə davam etdi. Tədbirdə məktəbin müəllimləri və şagirdləri mövzu ətrafında çıxış etdilər və öz fikirlərini bildirdilər. Onları maraqlandıran sullara ətraflı cavab aldılar. Tədbirdə Vətən Müharibəsi zamanı şəhid olan oğul və qızlarımızın xatirələri bir dəqiqəlik sükutla yad edildi. Qazilərimizə şəfa tapması üçün Allahdan dualar edildi. Zəfərlə bitən Vətən Müharibəsində qazanılmış qələbəyə görə Müzəffər  Ali Baş Komandan Cənab İlham Əliyevə, Rəşadətli Azərbaycan ordusuna minnətdarlıq bildirildi, təşəkkür edildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi