Zərərli vərdişlərlə bağlı psixoloji söhbət keçirildi
4 oktyabr 2021-ci il tarixində 171 N-li tam orta məktəbin 7c sinif şagirdləri ilə zərərli vərdişlərlə bağlı psixoloji söhbət keçirildi. Söhbət zamanı internetin zərərli yanlarından, tütün vasitələrinin həyatımıza vurduğu zərərlərdən, narkomaniyanın ölümə gedən yol olduğundan danışıldı. İnternet vasitələrindən istifadə edərkən seçdiyimiz oyunların nə dərəcədə aludəçisi oluruq? Bu oyunlar bizim şüuraltımıza nə dərəcədə təsir edir? Yox deməyi necə bacarmalıyıq? Yox demək bizə nələri qazandıracaq? Bu kimi bir çox suallar ətrafında müzakirə aparıldı.