27 sentyabr Anım Günü ilə əlaqədar tədbir keçirildi
27 sentybar Anım Günü ilə əlaqədar olaraq Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başladı. Vətən Müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Təlim – tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova Vətən Müharibəsi və qazanılan zəfərlər barədə məlumat verdi.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Afaq İmamverdiyeva çıxış etdi.
Azərbaycan dili və ədəbiyyat müəllimi Mahirə Nəsirova müəlillmərin Ali Baş Komandan müraciətini oxudu.
Məktəbin direktoru Zemfira Məsiyeva çıxış edərək 27 sentybarda başlanan Vətən Müharibəsində Azərbaycanın parlaq qələbəsindən danşdı.