Böyük Summativ Qiymətləndirmə keçirildi
Zaur Məmmədov adına 171 saylı tam orta məktbədə Böyük Summativ Qiymətləndirmə keçirilməsi davam edir. I, III , V, VI, VII və VIII siniflərində II yarımilin tədris materialları əsasında Böyük Summativ Qiymətləndirmə keçirilmışdir. Qiymətləndirmənin keçirilməsində əsas məqsəd II yarımil üzrə standartların mənimsənilməsi istiqamətində I, III , V, VI, VII və VIII sinif şagirdlərinin əldə etdiyi irəliləyişləri dəyərləndirmək və şagirdlərin mənimsədiklərini tətbiqetmə qabiliyyətinə nə dərəcədə malik olduqlarını aşkara çıxarmaq olub. Nəticələr, onların statistik təhlili iki gün ərzində şagirdlərə və valideynlərə təqdim olunacaq. Nəticələrin müzakirəsi isə iyun ayında keçiriləcək pedaqoji şura iclasında nəzərdə tutulmuşdur.