“Ayrılarmı konül candan?”

Günlərdir ki, genişmiqyaslı yanğın Türkiyəni caynağı altına alıb. Həyatını itirən insanlar, köməksiz qalan heyvanlar, həyatımızın oksigeni olan meşələr qardaş ölkəmizə qarşı yönələn qara əllərin qurbanına çevrildi. Bu cür əməlləri törədənlər heç bir zaman hədəflərinə çata bilməzlər, çünki Türkiyə tarixən ən ağır sınaqlarla üzləşsə də, hər bir zaman layiqincə öhdəsindən gəlib. Belə bir zamanda biz, Azərbaycan xalqı da “Türkiyə yanırsa, bizim qəlbimiz, canımız yanır” şüarı altında Ali Baş Komandanın tapşırığına əsasən qardaş ölkəyə dayaq olduq. 44 günlük Vətən müharibəsində bizə əsl qardaşlıq edən Türkiyəyə hər an dəstək olmaq borcumuzdur. Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin kollektivi də bu hadisələrə qarşı biganə qala bilməzdi. “Bu gün fidan, yarın nefes” layihəsinə qoşulmaqla bir daha xalqımızın hər bir zaman onlarla bir arada olmasını göstərdik. “Ayrılarmı konül candan?” fikrini əsas tutaraq 2 dövlət, 1 millət olduğumuzu sübut edirik. İnanırıq ki, qardaş ölkə bu sınaqdan da üzüağ çıxacaq. Tanrı Sizlərə yardımçı olsun,qardaş Türkiyə!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi