Respublika birinciliyində şagirdimiz birinci oldu

Xətai rayonu Zaur Məmmədov adına 171 saylı tam orta məktəbin 20 yanvar 2008-ci il təvəllüdlü 7 e sinif şagirdi Dostuyev Bahadur Babək oğlu yeniyetmələr arasında taekvondo idman növü üzrə keçirilən Respublika birinciliyi üzrə keçirilən yarışlarda 49 kq çəki dərəcəsində 2021-ci ildə 1-ci yerə layiq görülmüşdür. Bu münasibətlə şagirdimiz Dostuyev Bahadur Babək oğlunu təbrik edirik və ona gələcək yarışlarda uğurlar arzulayırq.

Bundan başqa 2019-cu ildə Bahadur Dostuyev taekwondo üzrə Bakı şəhər açıq birinciliyində, 33 kq çəki dərəcəsində 3-cü yere layiq görülmüşdür.

2017-ci ildə Bahadur Dostuyev Azərbaycan Taekwondo Federasiyasının Uşaqlar və Yeniyetmələr arasında keşirilən Goyşay açiq birinciliyində 30 kq çəki dərəcəsində 1-ci yere layiq gorulmusdur.

2017-ci ildə Bahadur Dostuyev - Umummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cu ildönümünə həsr olunmuş taekvondo idman novu üzrə Xaçmaz açıq rayon birinciliyində 1-ci yerə layiq görülmüşdür.

Bahadur Dostuyev 5 mart "Bədən tərbiyəsi və idman  günü"nə həsr olunmuş taekvondo üzrə Xacmaz açıq rayon birinciliyində 3-cü yerə layiq görülmuşdür və bir çox dostluq görüşlərində qalib olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi