1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əladəqdar videoçarx nümayiş etdirildi
1 iyun 2021-ci il tarixində Z.Məmmədov adına 171 nömrəli tam orta məktəbdə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş dəyirmi masa keçirildi. UBTR rəhbəri Günay Dəmirova şagirdlərə "1iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir" 1 iyunun yaranma tarixini şagirdlərin diqqətinə çatdırdı. Daha sonra dəyirmi masa şagirdlərin fikirləri ilə zənginləşdi. Sonda 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsinə həsr olunmuş video çarxa baxıldı.