Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə "Açıq dərs" keçirildi
5 may 2021-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli orta məktəbin riyaziyyat müəllimi İbrahimova Mehribanın 10 c sinfində Ümummilli Liderimiz, Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn şəkildə açıq dərsi keçirildi. Dərsin mövzusu “Piramida və onun elementləri” idi. Dərsin girişində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müəyyən anlarını əks etdirən videoçarx nümayiş etdirildi.
Motivasiya hissəsində dünyanın yeddi möcüzəsindən və bu möcüzələrdən biri olan Misir piramidaları haqqında məlumat verildi.
Digər slaydlarda Piramidanın elementləri, yan səthinin və tam səthinin sahələrinin hesablanması düsturları şagirdlərinin fəal iştirakı ilə öyrədildi.
Fənn müəlliminin GeoGebre proqramında hazırladığı “3D formatda piramidanın təsviri” bu çoxüzlü haqqında şagirdlərin daha çox təsəvvürə malik olmalarına kömək etdi.
Dərsdə qoyulmuş çalışmaları şagirdlər böyük həvəslə yerinə yetirdilər.
Dərsin sonunda “Açıq dərs”də iştirak edən məktəbin direktoru Zemfira Məsiyeva, təlim – tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova, Kənan İsmayılov və fənn müəllimləri dərs haqqında öz fikirlərini bildirdilər.