“Nizami Gəncəvi ili” elan edilməsi ilə bağlı dərslər keçirilir

Möhtərəm Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin Nizami Gəncəvi ili” elan edilməsi haqqında sərəncam imzalayıb. 2021-ci ildə dahi şairimiz, böyük sənətkar Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur.

 Bakı şəhəri Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin Azərbaycan dili və  ədəbiyyat müəlimi Alidə Əliyeva tədris etdiyi siniflərdə şagirdlərlə bu mövzu haqqında ətraflı söhbət aparıb. Dahi sənətkarımız Nizami Gəncəvinin keçdiyi həyat yoluna nəzər salınıb, yaradıcılığı haqqında şagirdlərə geniş məlumat verilib. Bildirilib ki, Nizami Gəncəvi öz əsərləri ilə dünya mədəniyyətinə töhfələr vermiş ölməz sənətkardır. İnsan şəxsiyyətinə, insan əməyinə ehtiram bu humanist və vətənpərvər sənətkarın yaradıcılığının əsas mövzularındandır.

Şagirdlər bu mövzuya həsr olunmuş videoçarxlar hazırlayıb, şeirlər söyləyib, dahi söz ustadımızın Xəmsəyə daxil olan peomalarından parçalar təqdim ediblər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi