Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş "Açıq dərs" keçirildi
Azərbaycan xalqının böyük oğlu Nizami Gəncəvinin dahiyanə əsərləri dünya ədəbiyyatı xəzinəsinin ən parlaq incilərini təşkil edir və bəşəriyyətin yetirdiyi ən böyük dühaların yaratdıqları ölməz abidələr arasında şərəfli yer tutur. Xatırladaq ki, Prezident İlham Əliyevin yanvarın 5-də imzaladığı Sərəncamla bu il ölkəmizdə “Nizami Gəncəvi ili” elan edilib. 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Yaşadımız ilin “Nizami Gəncəvi ili” elan edilməsi, əlbəttə, hər bir azərbaycanlının, o cümlədən, ilk növbədə, Şərq insanının diqqətini böyük şair-filosofa yönəltməyə xidmət edir. Bu məqsədlə də məktəbin Azırbaycan dili və ədəbiyyatı müəllimi Nəsirova Mahirə 23.04.2021-ci il tarixdə tədris etdiyi 7a sinfində "Açıq dərs" keçirib. Şagirdlər şairin həyat və yaradıcılığı haqqında məlumatlar öyrənib,kəlamlarından ibarət videoçarx nümayış etdiriblər.Həmçinin “Kərpickəsən kişinin dastanı” “İsdəndərnamə” kimi əsərlərindən kadrlara tamaşa ediblər. Dərs şagirdlərin böyük marağına səbəb olub.