Rus dili fənnindən olimpiada keçirildi
19 aprel 2021-ci il tarixində Təhsil Nazirliyinin dəstəyi ilə “ Rossotrudniçestvo “ nun Azərbaycandakı nümayəndəliyi tərəfindən rus dili və ədəbiyyatı fənni üzrə olimpiadanın birinci mərhələsi keçirildi. Olimpiada dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuşdu və rus bölməsinin 7-9-cu siniflərin şagirdlərini əhatə edirdi. Test sualları 3 variantda olmaqla Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr edilmişdi. Olimpiadada təlimata uyğun olaraq siniflər üzrə 24 şagird iştirak edirdi. Onlardan 7 şagird – 8 d sinif şagirdləri Həsənov Hüseynağa Emil oğlu , Həsənov Ömər Fizuli oğlu, 9 ç sinif şagirdləri Hüseynzadə Rəmlə Elnur qızı, Fərəcov Səid Fuad oğlu, Cavadova Nigar Akif qızı, 9 d sinif şagirdləri Ağayeva Elmira Anar qızı və Orlova Kamilla Mustafa qızı yüksək nəticə göstərərək növbəti tura vəsiqə qazanmışlar. Şagirdlərimizə növbəti turda da uğurlar arzulayırıq.