Bu gün  Zaur Məmmədovun şəhid olan günüdür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib.

Çıxışının əvvəlində dövlət başçısı  Vətən müharibəsində qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Sonra çıxışında qeyd edərək bildirdi ki, “ Şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, onlar öz canlarını Vətən uğrunda qurban verdilər. Təsəlli odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Eyni zamanda, təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı. Həm İkinci, həm də Birinci Qarabağ müharibəsinin şəhidlərinin qanını döyüş meydanında aldıq, o cümlədən günahsız insanların, Xocalı qurbanlarının, digər mülki şəxslərin intiqamını düşməndən döyüş meydanında aldıq. Biz döyüşərək, vuruşaraq, qan tökərək tarixi ədaləti bərpa etdik, ərazi bütövlüyümüzü bərpa etdik, düşməni torpaqlarımızdan qovduq.”

İstər birinci, istərsə də ikinci Qarabağ müharibəsi Şəhidlərinin qisası alındı, adları tarıxə qızıl hərflərlə yazıldı. Xatirələrinin əbədiləşdirilməsi üçün bir çox məktəb, baxça, küçələr onların adlarını daşıyır.Bu missiya davam etməkdədir.

Belə məktəblərdən biri də 171 saylı tam orta məktəbdir ki, öz məzunu Zaur Məmmədovun adını daşıyır.

Bəli, bu gün Birinci Qarabağ müharibəsinin şəhidi, məktəbin məzunu , məktəbin fəxrlə adını daşıdığı Zaur Məmmədovun şəhid olduğu gündür.

21.06.1974-cü ildə Bakı şəhərində anadan olan Zaur Məmmədov 1991-ci ildə məktəbi bitirmişdir. Elə həmin il Kiyev şəhərində Aviasiya institutuna daxil olub. Lakin institut həyatı bu qeyrətli oğlun urəyini məngənə kimi sixir. O, Vətəninin ağır günündə döyüş bölgəsində olmağını daha vacib bilərək müqəddəs hisslərinin təsirilə institutu tərk edərək Bakiya qayıdıb.14 aprel 1993-cü ildə Xətai rayon Hərbi komissarlığından hərbi xidmətə gedib.

Döyüş yolunu Füzulidən başlayan Zaur az sonra Cəbrayıla göndərilir.Döyüşlərin birində həyatını təhlükədə qoyub ağır yaralanmış komandirini və bir əsgər yoldaşını güllə yağışı altından xilas edir. Buna görə də bölük komandirindən təşəkkür alır.

Sonralar Zaurun döyüş yolu yenidən Fizulidən və Ağdamdan keçir.Ağdamın Güllücə kəndi uğrunda gedən döyüş onun son döyüşü olur. Aprel ayının 13-də Zaur Məmmədov qəhrəmancasına həlak olaraq bu həyata gözlərini əbədi yumur.

Zaur Məmmədovun adının əbədiləşdirilməsi məqsədilə məktəbdə şəhidin büstünun açılış mərasiminin keçirilməsi nəzərdə tutulub. Ailə üzvlərinin iştirakı ilə təşkil olunacaq açılış mərasimi  pandemiya qaydalarına uyğun olaraq aprel ayında keçiriləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi