“Açıq dərs” layihəsində iştirak
24-25 may 2016-cı il tarixlərində Bakı şəhərinin 12 rayonu üzrə təhsildə uğurlu nəticələr əldə etmiş qabaqcıl, yüksək nailiyyətlər qazanmış müəllimlərin təcrübələrini digər həmkarları ilə bölüşməsi məqsədi ilə açıq dərslərin həyata keçirilməsi planlaşdırılır. Uğurlu məktəbdə tədrisin və keyfiyyətə nəzarət işinin təşkili ilə bağlı təcrübə mübadiləsi aparmaq, dəqiq fənlərin (riyaziyyat, fizika, informatika, kimya, biologiya) tədrisi səviyyəsinin nümayiş etdirilməsi, ümumilikdə dərsin planlaşdırılması və qiymətləndirilməsi, dərsin dinlənilməsi istiqamətində yeni strategiyalarla tanış olmaq və fikir mübadiləsi aparmaq layihənin keçirilməsində digər məqsədlərdəndir.“Açıq dərs” günləri 5 fənn üzrə təşkil olunacaqdır. 24 may tarixində riyaziyyat, fizika, informatika, 25 mayda isə kimya və biologiya fənləri üzrə açıq dərslər keçiriləcəkdir. Verilən tarixlərdə təklif olunan fənlər üzrə bir və ya bir neçə nəfər müəllim açıq dərs təşkil edə bilər. Açıq dərs təşkil ediləcək sinfi müəllim özü seçir və keçiriləcək dərs mövzusu ikinci yarım il üçün nəzərdə tutulan mövzulardan biri olmalıdır.Bu baxımdan 24-25 may 2016-cı il tarixlərində Xətai rayonu 245 saylı ta orta məktəbdə keçirilən “Açıq dərs” layihəsində Zaur Məmmədov adına 171 saylı tam orta məktəbin müxtəlif ixtisaslı fənn müəllimləri iştirak etmişdilər. Belə bir “Açıq dərs” dərslərin keçirilməsi, məktəblərin , müəllimlərin təcrübəsinin bölüşdürlməsi baxımdan müəllimlər tərəfindən razılıqla qarşılanmış və təhsilin inkişafı baxımdan bu layihənin davamlı olmasını arzulamışlar.