II və IV siniflərdə Böyük Summativ Qiymətləndirmə keçirilmışdir
25 may 2016-cı il tarixində Xətai rayonu 171 nömrəli tam orta məktəbinin II və IV siniflərində II yarımilin tədris materialları əsasında Böyük Summativ Qiymətləndirmə keçirilmışdir. Qiymətləndirmənin keçrilməsində əsas məqsəd II yarımil üzrə standartların mənimsənilməsi istiqamətində II və IV sinif şagirdlərinin əldə etdiyi irəliləyişləri dəyərləndirmək və şagirdlərin mənimsədiklərini tətbiqetmə qabiliyyətinə nə dərəcədə malik olduqlarını aşkara çıxarmaq olub. Nəticələr, onların statistik təhlili iki gün ərzində şagirdlərə və valideynlərə təqdim olunacaq. Nəticələrin müzakirəsi isə iyun ayında keçiriləcək pedaqoji şura iclasında nəzərdə tutulmuşdur.