Pedaqoji Şura iclası keçirildi

9 aprel 2021-ci il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə olayn formada Pedaqoji Şuranın iclası keçirildi. İclası giriş sözü ilə açan məktəbin direktoru Zemfira Məsiyeva “Təhsil üçün vaksinasiya” aksiyası haqqında məlumat verdi. Konüllü olaraq bu aksiyada iştirak etməyi tövsiyyə etdi. Təlim – tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova IX və XI sinif məzunlarının buraxılış imtahanlarına hazırlıq barədə məlumat verdi. Fənn olimpiadalarının Respublika turunun yarımfinalında iştirak etmiş şagirdlər haqqında məlumat verdi. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçiriləcək bilik yarışının  hansı fənnlər olacağı və iştirak edəcək şagirdlər haqqında məlumat verdi. Məktəbə daxil olmuş rəsmi sənədlər, tədbirlər planı haqqında pedaqoji şuranın iştirakçılarını məlumatlandırdı. Onlayn formada keçirilən tədrisin keyfiyyətini artırmağı, şagirdlərin bütünlüklə iştirakının vacib olduğunu bildirdi. Keçirilmiş və gələcəkdə keçirilməsi planlaşdırılan “Açıq dərs”lər, tədbirlər haqqında danışdı. Bir sıra digər məsələlər müzakirə edildi, təhlil olundu, fikir mübadiləsi aparıldı. Müəllimləri maraqlandıran suallar məktəb rəhbərliyi tərəfindən ətraflı cavblandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi