"44 günlük Vətən Müharibəsi"nə həsr edilmiş dərs keçirildi
19.03.2021- ci ildə 171 nömrəli məktəbin Mübariz İbrahimov adına 4 a sinfində "44 günlük Vətən Müharibəsi"nə həsr edilmiş dərs keçirildi. Dərsdə, eyni zamanda Azərbaycan Prezidentinin masadakı mübarizəsi müzakirə edildi. Hətta, Azərbaycan prezidentinin 4 saatlıq dayanmadan jurnalistlərin suallarını cavablandırmasını şagirdlər müzakirə etdilər.
"Torpaq çərşənbəsi"ndə Şuşada yandırılan tonqaldan şagirdlər sevinclə, duyğulu hisslərlə danışdılar. Sonda bu zəfəri bizə yaşadan Ali Baş Komandana, əsgər, zabit və qazilərimizə minnətdarlıq etdilər. Şəhidlərimizin xatirəsinin əziz olduğunu vurğuladılar. "Dəmir yumruq" nümayiş etdirərək birliyimizi göstərdilər. Qarabağ deyir ki, mən yaxşıyam, Vətənimiz yaxşıdır ifadəsilə dərsi 30 dəqiqədə yekunlaşdirdılar.