Böyük Summativ Qiymətləndirmə keçirilmışdir

24 may 2016-cı il tarixində Xətai rayonu 171 nömrəli tam orta məktəbinin I və III siniflərində II yarımilin tədris materialları əsasında Böyük Summativ Qiymətləndirmə keçirilmışdir. Qiymətləndirmənin keçrilməsində əsas məqsəd II yarımil üzrə standartların mənimsənilməsi istiqamətində I və III sinif şagirdlərinin əldə etdiyi irəliləyişləri dəyərləndirmək və şagirdlərin mənimsədiklərini tətbiqetmə qabiliyyətinə nə dərəcədə malik olduqlarını aşkara çıxarmaq olub. Məktəbdaxili qiymətləndirməninin keçirilməsi üçün test tapşırıqları həm Azərbaycan, həm də Rus bölmələri üçün iki variantda, II yarımilin tədris materialları üzrə I siniflər üçün Ana dili və riyaziyyatdan, III siniflər üçün isə Ana dili, riyaziyyat, Həyat bilgisi və İnformatika fənnlərindən məktəbin təcrübəli müəllimləri tərəfindən hazırlanmışdır. Qiymətləndirmənin təşkili və keçirilməsi həm şagirdlərin, həm də valideynlərin böyük marağına səbəb olmuş və məktəbin I siniflərində təhsil alan 136 şagird, III siniflərdə təhsil alan 149 şagird qiymətləndirmədə iştirak etmişdir. I siniflərdə 50 tapşırığın icrası üçün şagirdlərə 70 dəqiqə, III siniflərdə isə 90 tapşırığın icrası üçün şagirdlərə 2 saat (120 dəqiqə) dəqiqə vaxt verilmişdir. Nəticələr, onların statistik təhlili iki gün ərzində şagirdlərə və valideynlərə təqdim olunacaq. Nəticələrin müzakirəsi isə iyun ayında keçiriləcək pedaqoji şura iclasında nəzərdə tutulmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi