Tarix yazmış Azərbaycan xalqı

    Azərbaycan Prezidenti Müzəffər Ali Baş Komandanın müdrik siyasəti nəticəsində 30 ilə yaxın bir zamanda insanların keçirdiyi iztirab, qəm – kədər bir anın içində sevincə çevrildi. Rəşadətli Azərbaycan ordusu və onun Müzəffər sərkərdəsi İlham Əliyev tariximizə yeni bir gün yazdı. 10 noyabr 2020-ci ildə Prezident Cənab İlham Əliyevin xalqa müraciəti tarixdə yeni gün oldu. Bu elə bir gündür ki, zaman – zaman Azərbaycan xalqının ərənliyini, torpaq uğrunda savaşını, böyüklüyünü, bütövlüyünü bir yumruq olaraq birləşməsini yetişən nəsillərə illər, qərinələr, əsrlər sonra belə danışmış olacaq. Bu, Azərbaycanın Qələbə sorağıdır. Azərbaycan ordusu və Azərbaycan xalqı bu gün Vətən müharibəsində öz gücünü, nəyə qadir olduğunu göstərdi. 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun və xalqımızın dəstəyi bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi və biz bir daha bütün dünyaya böyük və məğrur xalq olduğumuzu sübut etdik. Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstərdik.

    Ən mühüm məqamlardan biri də milli məslələrdə xalqımızın birlik və həmrəylik nümayiş etdirməsi ilə bağlıdır. Azərbaycan xalqı bütünlüklə Ali Baş Komandanın ətrafında sıx yumruq kimi birləşərək dövlətimizə və ordumuza dəstəyini nümayiş etdirdi. Bəli, bütün bunlar Azərbaycan dövlətinin gücünün, ordumuzun yenilməzliyinin, Ali Baş Komandan Cənab İlham Əliyevin sarsılmaz iradəsinin bariz nümunəsidir.

    Artıq bir reallıq var: Qarabağ Azərbaycandır! Bu gün Qarabağın tacı olan, alınmaz Şuşa qalasında, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Laçında müqəddəs Azərbaycan bayrağı qürurla dalğalanır. Bu tarixi qələbə, Zəfər yürüşü Azərbaycan tarixinə məğlubedilməzlik kimi həkk olundu. Bu Zəfər xalqımızın 30 illik ümidsizliyinə son qoydu, tarixi ədaləti bərqərar etdi. Azadlıq uğrunda canlarını qurban verən şəhidlərimizin qisası layiqincə alındı.

    Bu Böyük Qələbəni  Azərbaycan xalqına bəxş etməklə, Ulu Öndərin vəsiyyəti yerinə yetirildi.

    “Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”, deyən Azərbaycan Prezidenti İlham Əliyevin bu qürurverici ifadəsindən əzəmətli görəsən nə ola bilər?!

    Müəllif: Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin direktoru Zemfira Məsiyeva

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi