"Covid-19, gigiyenik qaydalar" mövzusunda maarifləndirici söhbətlər aparıldı
09.03.2021-ci il tarixində Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin tibb bacısı Məhərrəmova Maya tərəfindən siniflərdə "Covid-19, gigiyenik qaydalar" mövzusunda maarifləndirici söhbətlər aparıldı. Tibb bacısı koronavirus xəstəliyin ilkin simptonları və xəstəlikdən özümüzü qorumağın yolları haqqında geniş və hərtərəfli məlumatları şagirdlərin diqqətinə çatdırdı. Sonda maarifləndirici söhbətlər şagirdlərin Covid-19 və gigiyenik qaydalarla bağlı fikirlərini ifadə etməsi ilə yekunlaşdı.