Riyaziyyat və informatika fənni üzrə metodbirləşmə iclası keçirildi

5 mart 2021-ci ildə Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin riyaziyyat və informatika fənləri üzrə metodbirləşmə üzvlərinin onlayn formada iclası keçirildi. Riyaziyyat və informatika fənləri üzrə metodbirləşmə sədri Gülnarə Məmmədova riyaziyyat və informatika fənləri üzrə tədrisin keyfiyyətinin artırlması, IX və XI siniflər üzrə buraxılış imtahanlarına hazırlıq səviyylərini artırmaq üçün tədbirlərin görülməsini tapşırdı. Fənn olimpiadasının şəhər turunu uğurla keçmiş və Respublika mərhələsində iştirak edəcək şagirdlər haqqında məlumat verdi. Buraxılış imtahanlarına hazırlıq səviyyəsini yüksəltmək üçün, fənn olimpiadalarına uğur qazanmaq üçün şagirdlərlə əlavə məşğələlərin davam etdirilməsi üçün müvafiq tapşırıq və tövsiyyələrini verdi. İclasda bir 4 mart 2021-ci ildə metodbirləşmə sədrləri ilə keçirilən iclasda müzakirə edilmiş məslələr ətrafında fikir mübadiləsi edildi, qarşılıqlı fikir mübadiləsi edildi.

İclasda riyaziyyat və informatika müəllimləri iştirak edirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi