Metodbirləşmə sədrləri ilə iclas keçirildi

4 mart 2021-ci ildə Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə fənn metodbirləşmə sədrlərinin icası keçirildi. İclasda məktəbin direktoru Zemfira Məsiyeva fənnlər üzrə tədrisin keyfiyyətinin artırlması, IX və XI siniflər üzrə buraxılış imtahanlarına hazırlıq səviyylərini artırmaq üçün tədbirlərin görülməsini tapşırdı. Təlim – tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova fənn olimpiadasının şəhər turunu uğurla keçmiş və Respublika mərhələsində iştirak edəcək şagirdlər haqqında məlumat verdi.

Məktəbin direktoru Zemfira Məsiyeva IX və XI sinif buraxılış imtahanlarına hazırlıq səviyyəsini yüksəltmək üçün, fənn olimpiadalarına uğur qazanmaq üçün şagirdlərlə əlavə məşğələlərin davam etdirilməsi üçün müvafiq tapşırıq və tövsiyyələrini verdi. İclasda bir sıra digər məsələlər müzakirə edildi, təhlil olundu, qarşılıqlı fikir mübadiləsi edildi.

İclasda fənnlər üzrə metodbirləşmə sədrləri və tərbiyə işləri üzrə direktor müavini Kənan İsmayılov iştirak edirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi