Ədəbiyyat dərsi tariximizin qan yaddaşı olan Xocalı soyqırımına həsr edildi

26.02.2021-ci il Xətai rayonu Zaur Məmmədov adına 171 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Alidə Əliyeva tədris etdiyi 7c sinfində Ədəbiyyat dərsini tariximizin qan yaddaşı olan Xocalı faciəsinə həsr etdi.

 Şagirdlər dərsdə şeirlər söylədilər,yazdıqları inşa və esseləri, hazırladıqları videoçarxları təqdim etdilər. Öz təqdimatları ilə Xocalı qətliamını unutmadıqlarını bir daha göstərdilər.

1992 ci il fevralın 25-dən 26-na keçən gecə  erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum ediblər. Xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edən dinc sakinlər ermənilər tərəfindən qətlə yetirilib. Tarixdə görünməmiş soyqırım törədilib. Bu, mənfur düşmənin Azərbaycan xalqına qarşı  növbəti qırğını, insanlığa sığmayan, bəşəriyyətin görmədiyi ən ağır faciə, soyqırım idi.

Bu gün Xocalı faciəsindən 29 il ötür. Dünya bu vəhşiliyə sussa da, Azərbaycan xalqı susmadı. Ali Baş Komandanın, yenilməz ordumuzun sayəsində haqq, ədalət öz yerini tapdı və  artıq Xocalı şəhəri işğaldan azad edildi. Bu faciəni unutmadıq, unutmayacağıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi