Xocalı soyqırımın 29-cu ildönümünə həsr olunmuş "Açıq dərs" keçirildi

26.02.2021-ci il Zaur Məmmədov adına 171 saylı orta məktəbin tarix müəllimi Səmədova Nərmin  və biologiya müəllimi Məmmədova Pərvin tərəfindən “Hümanizmin susduğu an Xocalı 29  adlı tedbiri  təşkil olunmuşdur. Dərsdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənir, sonra Qərənfil təqdimati altında şəhidlərimiz 1dəqiqəlik sükutla yad edildikdən sonra,şəhidlərimizin ruhlarına rəhmət oxunub,qazilərimizə Allahdan şəfa arzulanır. Daha sonra Tarix müəllimi Nərmin  müəllimə audiovizuallı təqdimatla Qarabağın, xüsusən Xocalı faciəsinin gedişatı və siyasi əməliyyatlar barədə uşağlarla dolğun tarixi məlumatlı frontal sorğu etdi. 5-ci, 7-ci sinifdən uşağlar gözəl vətənpərvər şeirləri ilə tədbirə rəng qatdılar........

Sonra isə  məktəbin Biologiya müəllimi Qarabağın florası və faunası haqqında qısa  məruzəsi ilə təqdimatına davam edir. Sonra isə informasiya müharibəsində öz işlərini təqdim edir. Hətta bu informasiya müharibəsində məktəbimizin 7B sinif şagirdlərin İbrahimli Nəzrin və İbtahimli Nigarin işləri xüsusi vurğulanır. Sonra bu ilki tarixi faciəmizin anım gününün tamam fərqli abu-havada olması qeyd olunur. Tədbir zəfər ilimizlə əlaqələndirilir. Tədbirin ən mötəbər qonaqlarından biri də Şəhidimiz, milli qəhrəmanımız Xudayar Yusifzadənin anası İradə xanım oldu. O da Xocalı faciəsi haqqında bir qarabağlı kimi gördüyü faciələrdən danışıb kədər hissini bölüşdü.Sonra ehtiram hissi ilə şəhidlərimiz yad edildi,onlarin qəhramanlıq yolu işıqlandırıldı. Hətta 7-ci sinifdən Vəlizadə Həlimə və İbrahimli Nigar ingilis dilində Xocalı haqqında məlumat verdilər....

"Açıq dərs"də məktəbin direktoru Zemfira Məsiyeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova, tərbiyə işləri üzrə direktor müavini Kənan İsmayılov və 171 saylı məktəbin şagird və müəllim kollektivi iştirak edirdi. Tədbir müdriyyət tərəfindən yüksək qiymətləndirildi, tədbirin dolğun, məlumatın bolluğu, qonaqların iştirakı,  audioviziual materialların geniş olması, interaktivlik, inteqrasiyanın yüksək səviyyədə təşkili təqdirəlayiq hesab edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi