Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş dərslər keçirildi
Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 5b sinfində ədəbiyyat dərsində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Xocalı faciəsi – qan yaddaşımız” mövzusunda dərs keçirildi. Dərsdə şagirdlər hazırladıqları təqdimatlar, çəkdikləri rəsmlər və yazdıqları inşalar dərsin daha da məzmunlu keçməsinə səbəb oldu. Fənn müəllimi Afaq İmamverdiyeva şagirdlərin verdikləri məlumat ətrafında daha dolğun Xocalıda baş verən erməni vəhşiliyi barədə ürək yanğısı ilə danışdı.