Valideyn iclası keçirildi
7 fevral 2021-ci il tarixdə Xətai rayonu Z. Məmmədov adına 171 nömrəli tam orta məktəbin 9c sinif rəhbəri Şəlalə Qurbanəliyeva onlayn formada valideyn iclası keçirdi. İclasda sinif rəhbəri 2020-2021-ci tədris ilinin birinci yarımildə qiymətləndirmənin nəticələrini şagirdlərə və valideynlərə çatdırdı. Şagirdlərin online dərslərdə iştirakının vacibliyi haqqında müzakirələr aparıldı. 9 fevral 2021-ci il tarixdə saat 14:00-da doqquzuncu siniflərin buraxılış imtahanlarına hazırlıq səviyyəsinin yoxlanılması məqsədiylə aparılacaq onlayn sınaq qiymətləndirilməsi haqqında məlumatı şagirdlərə və valideynlərə məlumat verdi. Valideynləri maraqlandıran suallara ətraflı cavab verdi.